Süleyman Kərimovun ailə sərvətilə bağlı araşdırma BAŞLANIB

 30-11-2022

Fransa prokurorluğunun mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsi sanksiyaya məruz qalmış rusiyalı senator, milyarder Süleyman Kərimovun qızı, 32 yaşlı Gülnarə Kərimovanın sərvətilə bağlı araşdırmalara başlayıb.

İstintaq Kərimovun qızının Antib şəhərindəki “Milyarderlər buxtası”nda 4 villaya malik şirkətə necə yiyələnməsini yoxlamaq istəyir. Araşdırma bir neçə il əvvəl Nitsada açılmış çirkli pulların yuyulması işinin bir hissəsidir.

Fransız prokurorları çirkli pulların yuyulmasına qarşı mübarizə orqanı “Tracfin”in iyun hesabatına əsaslanaraq araşdırma aparırlar. Bu sənədə əsasən, Kərimovun qızı strukturun alınmasına 268 milyon avro xərcləyib. Vəsaitin böyük hissəsini onun qardaşı Səid təmin edib.

Qeyd edək ki, Dağıstanı təmsil edən Süleyman Kərimov 2008-ci ildən Federasiya Şurasının üzvüdür. O və ailə üzvləri “Polyus” qızıl mədən şirkətinin sahibləridir. “Forbes” jurnalı Kərimovlar ailəsinin sərvətini 4,4 milyard dollar qiymətləndirir.

Kərimov 2018-ci ildən ABŞ-ın sanksiyaları altındadır. Bu ilin noyabrında ABŞ Maliyyə Nazirliyi onun həyat yoldaşı Firuzə, qızları Əminə və Gülnarə, oğlu Səidə də məhdudiyyətlər qoyub. Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Avropa Birliyi və Böyük Britaniya Kərimovu sanksiya siyahılarına əlavə edib.

Mənbə: Bloomberg

Bənzər yazılar

0.45337986946106