Ağstafadakı 2,4 milyon manatlıq tenderi "Aztikintiservis" MMC qazanıb

 29-11-2022

Tikilməkdə Olan Melıorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti «Ağstafa rayonunun Köhnəqışlaq, Yaradullu və Tatlı kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması tədbirləri» tenderinin nəticələrini açıqlayıb.

FED.az xəbər verir ki, tenderin qalibi "Aztikintiservis" MMC olub. Şirkətlə 2 milyon 413 min 038 manat məbləğində müqavilə imzalanıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZTİKİNTİSERVİS” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsində 13.03.2019-cu il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı ABŞERON RAYONU, XIRDALAN ŞƏHƏRİ, MEHDİ HÜSEYNZADƏ (XIRDALAN QƏS.), ev 11, qanuni təmsilçisinin isə Papaqçıyev Paşa Yusif oğlu olduğu göstərilir.

Xüsusi olaraq onu da bildirək ki, dövlətimiz “AZTİKİNTİSERVİS” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Yusif Papaqçıyevin əməyini, xidmətlərini layiqincə qiymətləndirib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ötən il inşaat işçilərinin peşə bayramı günündə Yusif Papaqçıyevə "Tərəqqi" medalı verilib, bu il isə o, Əməkdar mühəndis fəxri adına layiq görülüb.

Sonda onu qeyd edək ki,“AZTİKİNTİSERVİS” Məhdud Məsuliyyətli Cəmiyyəti bundan əvvəl də Quba Suvarma Sistemləri İdarəsinin  122 min 411 manat dəyərindəki “Suvarma kanallarını lildən təmizlənməzi,daşqın və selə qarşı mübarizə üçün çay məcralarının cari təmizlənməsi” (14.11.2022) tenderini qazanıb.

 

Bənzər yazılar

0.46619415283203