Əməkdar artist toyda kişi həmkarını DÖYÜB - VİDEO

 24-11-2022

“Toyların birində həmin məşhur kişi həmkarımla aramda dava oldu. İş o yerə çatdı ki, onu döydüm və polisə ərizə yazıb şikayət etdim. Polis gəldi. Dedim ki, onu mən döymüşəm və yaxşı etmişəm. Sonra gəldi, məndən üzr istədi, mən də onu bağışladım. Biz barışdıq”. 

Bu sözləri Əməkdar artist Sevinc Sarıyeva qonaq olduğu ATV telekanalında yayımlanan “7 canlı” axşam şousunda deyib.  

Sənətçi qatıldığı verilişlərin birində bir xanım ifaçının digər xanım həmkarının qarşısında əyilməsinə etiraz edib:  

“Biz bir çox məclislərdə oluruq. Orada mənim həmkarlarımla olan münasibətimi tamaşaçı kənardan görüb hər cür qiymət verə bilər. Kişi həmkarımla olan davada kobud davranış mənə qarşı deyil, başqa bir xanım ifaçıya qarşı olmuşdu. Qarabağlı qanım var. Ona görə buna dözə bilmədim. Sözümü deməli idim və dedim. Əgər bir azərbaycanlı xanımını kimsə təhqir edirsə, bunu götürə bilmərəm. Hətta bir müddət əvvəl kanalların birində bir verilişdə idim.

Xanım ifaçı digər xanım həmkarının qarşısında baş əydi. Dedim ki, bu, Azərbaycan xanımına yaraşan hərəkət deyil. Bunu qətiyyən etmək olmaz!”

Bənzər yazılar

1.6198170185089