Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri BMT-nin baş katibi ilə GÖRÜŞÜBLƏR

 24-11-2022

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin BMT-nin Baş katibi Antoniu Quterreşlə görüşü keçirilib.

Bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin də tərəfdaşlığı ilə Mərakeşin Fəs şəhərində keçirilən BMT Sivilizasiyalar Alyansının (UNAOC) 9-cu Qlobal Forumu zamanı keçirilən xüsusi görüşdə BMT-nin Baş katibi Antoniu Quterreş və Mərkəzin həmsədri xanım Vayra Vike-Freyberqa ilə yanaşı, BMT-nin 73 və 75-ci Baş Assambleyalarının prezidentləri Maria Fernanda Espinosa və Volkan Bozkır, Bosniya və Herseqovinanın sabiq prezidenti Mladen İvaniç, Gürcüstanın sabiq prezidenti Giorgi Marqvelaşvili, Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, Latviyanın sabiq prezidenti Valdis Zatlers, Çexiyanın sabiq baş naziri Yan Fişer, Ərəb Liqasının sabiq baş katibi Amre Musa, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Gürcüstanın sabiq baş nazirin müavini Eka Tkeşelaşvili, ICESCO-nun sabiq baş direktoru Abdulaziz Altvaijri, o cümlədən BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos və NGBM-nin baş katibi qatılıblar.

Görüş zamanı son hadisələrə və dünyanın üzləşdiyi beynəlxalq çağırışlara dair fikir mübadiləsi aparılıb və bu toplantının mütəmadi keçirilməsi razılaşdırılıb. Eyni zamanda, baş katibə mərkəz tərəfindən reallaşdırılan Qlobal Bakı Forumu, BMT Sivilizasiyalar Alyansı ilə əməkdaşlığı və keçirdiyi təşəbbüslər haqqında məlumat verilib.

Mərkəzin Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə elan edilmiş “Nizami İli” çərçivəsində Mərkəz tərəfindən xüsusi nəşr olunan “Qələmin Sehri” – Nizami Gəncəvinin Xəmsəsindən seçilmiş əlyazmalar” kitabı və Mərkəzin 10 illiyinə həsr olunmuş xatirə hədiyyəsi baş katibə təqdim edilib.

 

Bənzər yazılar

0.46564817428589