Prezident İlham Əliyev: “Azərbaycan və Serbiya sözün əsl mənasında strateji tərəfdaşdırlar”

 23-11-2022

Noyabrın 23-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər.

“Serbiya ilə Azərbaycan arasında imzalanmış sənədlər ikitərəfli əlaqələrimizin hüquq bazasını təşkil edir. Onların arasında, əlbəttə ki, strateji tərəfdaşlıq haqqında sənədlər xüsusi yer tutur”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Belqradda mətbuata bəyanatında bildirib ki, biz sözün əsl mənasında strateji tərəfdaşıq.

Dövlətimizin başçısı bildirib ki, ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edirlər. Bizim əməkdaşlığımızın strateji hədəfləri var: “Azərbaycanın zəngin qaz resursları bu gün bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və bizim rolumuz getdikcə artacaq”.

Dövlətimizin başçısı qeyd edib ki, ilk növbədə biz dost ölkələrlə bu sahədə və bütün başqa sahələrdə əməkdaşlığı dərinləşdirmək fikrindəyik.

Bənzər yazılar

0.47398686408997