Ekspert Maykl Doran: “ABŞ son illər Bakı-İrəvan münasibətlərinin normallaşmasına diqqət ayırmayıb”

 22-11-2022

“ABŞ son illər Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinə lazımi diqqət ayırmayıb”.

Bu barədə “Report”a Hudzon İnstitutunun böyük elmi işçisi Maykl Doran məlumat verib.

Onun sözlərinə görə, ABŞ regionda sülhün bərqərar olmasında və rəsmi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında öz mühüm rolunu göstərmək potensialına malikdir:

“Lakin son 10 ildə buna lazımi diqqət yetirilməyib. Bayden administrasiyasının Azərbaycan və Ermənistan arasında sülhə nail olmağın dəyərini və Azərbaycanın ABŞ üçün strateji əhəmiyyətini anlamağa başladığını göstərən bir çox aydın məqamlar oldu”.

Zəngəzur dəhlizinin perspektivlərinə toxunan amerikalı ekspert bildirib ki, hazırda Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərinin daha da möhkəmlənməsi müşahidə olunur, bu dəhlizin açılması isə bu əlaqələrin səviyyəsini daha da yüksəldəcək.

M.Doran Azərbaycan-Türkiyə-İsrail formatında üçtərəfli əməkdaşlığın gücləndiyini vurğulayıb:

“Bu, bütövlükdə regiona müsbət təsirini göstərəcək”.

Bənzər yazılar

0.42192411422729