İmişlidə yük avtomobili piyadanı VURARAQ ÖLDÜRÜB

 14-11-2022

İmişlidə yük avtomobili piyadanı vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, noyabrın 13-də saat 16 radələrində İmişli rayonunun Xubyarlı kəndi ərazisində rayon sakini E.Əsgərov idarə etdiyi MAN markalı yük avtomobili ilə yolu keçən kənd sakini Bəhlul Quliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bənzər yazılar

0.38987302780151