Ordumuzun cənub sərhədinə yaxın ərazilərdəki təlimləri güneyli soydaşlarımızın sevincinə SƏBƏB OLUB

 03-11-2022

Azərbaycan Müdafiə Nazirliyinin cənub sərhədlərinə yaxın ərazilərdə hərbi təlimlərə başlaması ilə bağlı yayılan xəbər Güney azərbaycanlılar tərəfindən sevinclə qarşılanıb.

Bu barədə “Azad İran” Teleqram kanalı xəbər verir. 

Öz növbəsində Təbrizin “Azərəncümən” xəbər saytında Azərbaycan Müdafiə Nazirliyinin hərbi təlimlərin keçirilməsi haqda məlumat yayılıb.

“Bu təlim xüsusi təyinatlıların komandanı, general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi altında keçirilir. Hərbi hissələr kazarmadan çıxdıqdan sonra ölkənin cənub sərhədinə yaxın ərazilərə göndərilib”, - deyə Təbriz saytı Azərbaycan MN-nin məlumatını dərc edib.

Xəbərin şərh bölümündə yüzlərlə Güney azərbaycanlı Azərbaycan və fars dillərində şərh yazaraq, bunu alqışlayıb, Azərbaycan Ordusuna uğur diləyiblər.

Güneyli sosial media istifadəçiləri “SEPAH-ın Araz sahilində keçirdiyi təlimlərə tutarlı cavabdır”, “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Azərbaycana canlar fəda”, “Yaşasın Azərbaycan əsgəri” və başqa bu kimi şərhlər yazıblar. 

 

 

Bənzər yazılar

0.14383101463318