Volodimir Zelenski rusiyalılara rus dilində müraciət etdi

 06-03-2022

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya sakinlərinə rus dilində müraciət edərək deyib ki, əgər onlar sussalar, əvəzlərinə yalnız yoxsulluq danışacaq.

Dövlət başçısı bu barədə yeni videomüraciətində bildirib.

O, Rusiya vətəndaşlarına rus dilində müraciət edib.

“Hazırda Rusiya Federasiyasının vətəndaşları tam eyni seçimi edirlər. Bu günlər. Bu saatlarda. Həyatla köləlik arasında. Bu gün. Sabah. Növbəti həftədə. Bu, hələ də düzəlməz itkilər olmadan şəri məğlub edə biləcəyiniz vaxtdır. Rusiya vətəndaşları! Sizin üçün bu, təkcə Ukraynada sülh uğrunda mübarizə deyil! Bu, sizin ölkəniz, onun içində olan ən yaxşı şeylər uğrunda mübarizədir. Azadlıq üçün, tərəqqi üçün. İndi sussanız, sonra yerinizə yalnız sizin yoxsulluğunuz danışacaq. Və buna ancaq repressiyalar cavab verəcək. Susmayın!” – deyə Ukrayna prezidenti əlavə edib.

O, Rusiya hərbçilərinin Odessanı bombalanmağa hazırlaşdıqlarını bildirib.

Dövlət başçısı bunu tarixi cinayət adlandırıb.

Həmçinin, Zelenski artıq gələcəyi qazandıqlarını deyib. “Ukraynalılar! Biz artıq gələcəyimizi qazanmışıq. Amma biz hələ də bu günümüz üçün mübarizə aparırıq. Bu, çox vacibdir. Biz sərhədin harada olacağı üçün mübarizə aparırıq. Həyatla köləlik arasında. Bu, təkcə bizim seçimimiz deyil”, - deyə Zelenski vurğulayıb. 

Mənbə: “Unian”

Bənzər yazılar

0.20106506347656