Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi ləğv olunub.
Yeniavaz.com xəbər verir ki, bu ilin iyul ayında Nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Mühəndislik Tikinti Təchizat” QSC (VÖEN – 2005667751) olub.
Dəyəri 89 min 994 manat 4 qəpik olan tender müsabiqəsinin şərtlərinə görə Qaradağ rayonu, Ümid qəsəbəsində yerləşən Laçın rayonu 7 nömrəli tam orta məktəbi əsaslı təmir olunmalıydı.
Məlumat üçün bildirək ki, 2019-cu ilin iyun ayında dövlət qeydiyyatına alınan "Mühəndislik Tikinti Təchizat” QSC-nin adına yalnız Elm və Təhsil Nazirliyinin keçirdiyi tenderlərdə rast gəlmək olur. QSC bu günə kimi Nazirliyin keçirdiyi milyonluq tenderlərin qalibi olub.
Müəllif A. Cəfərov
Mənbə Yeniavaz.com