Nazir müavini Rəhman Hümmətov: “Bakıda velosipedlərin hərəkəti üçün şərait yoxdur”

 28-10-2022

“Təəssüf ki, biz hələ də velosipedlərə əyləncə vasitəsi kimi baxırıq, nəqliyyat vasitələrindən biri kimi baxmırıq”.

“APA-Economics” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Onun sözlərinə görə, Bakıda velosipedlərin hərəkəti üçün də şərait yoxdur.

“Bəzən biz reytinq dalınca qaçırıq ki, Bakıda filan kilometr uzunluqda velosiped yolları çəkilib. Nəqliyyat Nazirliyinin qarşısına velosiped yolu çəkilib, hərdən pəncərədən baxıram, bir ildən artıqdır ki, bir dəfə də olsun üzərində velosipedlə gedən görməmişəm. Demək ki, düzgün layihələndirilməyib. Hazırda biz velosiped və skuterlərlə bağlı qanunvericiliyə dəyişiklik üçün layihə hazırlamışıq. Onu Daxili İşlər Nazirliyinə təqdim etmişik, onlar da bəyəniblər. Bundan sonra, velosiped yollarının düzgün layihələndirilməsi üçün mütəxəssis cəlb olunmalıdır. Velosipedin nəqliyyat vasitəsi kimi populyar olması üçün hələ görüləcək işlər çoxdur”, - deyə nazir müavini qeyd edib.

Bənzər yazılar

0.14402389526367