“The X-Files” filminin məşhur aktyoru VƏFAT EDİB

 26-10-2022

“Məxfi materiallar” (“The X-Files”), “Şotland” (“Highlander”), “Smolvil” (“Smallville”) və “Fantastik dördlük” (“Fantastic Four”) kimi Kanada seriallarının və filmlərin aktyoru Maykl Kopsa 66 yaşında vəfat edib.

Bu barədə onun keçmiş həyat yoldaşı Lusiya Francione özünün “Twitter” hesabında xəbər verib.

Onun sözlərinə görə, Kopsa beyin şişindən yaranan ağırlaşmalardan vəfat edib.

“O, möhtəşəm teatr və kino aktyoru, səs aktyoru, dülgər, musiqiçi və rəssam idi. Ən əsası, o, mehriban və səxavətli ata idi”, - deyə əlavə edib.

Kopsa daha çox Vankuverdə və ya Torontoda çəkilmiş “Fringe”, “Şəbəkə” (“The Net”), “Ölüm zonası” (“The Dead Zone”) və “Sentinel” (“The Sentinel”) kimi televiziya seriallarında rol alıb. O, həmçinin “Ulduz darvazası: SG-1”-də (“Stargate SG-1”) general Kerriqanı canlandırıb.

 

Mənbə: The Hollywood

Bənzər yazılar

0.53702807426453