Amerikalı müğənni Beyonsenin Blu Ayvi adlı qızı hərracda lüks zinət əşyası almaq istəyib.
10 yaşlı qız anası və atası (reper Cey Zi) ilə birlikdə Los-Ancelesdə baş tutan “Wearable Art” tədbirinə qatılıb.
Hər il keçirilən xeyriyyə gecəsinin təşkilatçısı qızın nənəsi, 68 yaşlı Tina Noulz-Louson olub. Builki hərracın aparıcısı kimi aktrisa Kiki Palmer çıxış edib.
Blu Ayvi hərracda dizayner Loreyn Şvartzın brilyant sırğalarına 80 min dollar təklif edib. Bununla belə, sonda zinət əşyası “Mielle Organics”in qurucusu Monika Rodrigesə qismət olub. O, azyaşlını qabaqlayaraq sırğalara görə 105 min dollar təklif edib.
Mənbə: lenta.ru