“Mən adam tanıyıram ki, cibində beş partiyanın üzvlük vəsiqəsini gəzdirir. Yəni eyni anda 5 partiyanın üzvüdür”.
Milletinsesi.info-ın məlumatına görə, bunu “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsi zamanı millət vəkili Elşən Musayev deyib. “Elə adam var ki, bütün partiyaların tədbirində iştirak edir. Gah YAP-ın tədbirində görürsən, gah da digərinin tədbirində görürsən”, - deyə Elşən Musayev əlavə edib.
Onun sözlərinə görə, yeni qanun layihəsinə əsasən, partiya üzvlərinin reyestrinin aparılması gözlənilir ki, bu da müsbət haldır: “Reyestrlə bilinəcək ki, hansı partiyanın nə qədər üzvü var. Partiyalar özlərinə hörmət etməlidirlər”, - deyə Elşən Musayev bildirib.