Keçmiş “Spice Girls” nişanlanıb

 24-10-2022

“Spice Girls” qrupunun üzvü, 47 yaşlı Mel B 2018-ci ildən bəri görüşdüyü Lidsdə yaşayan həmyerlisi Rori Makfi ilə nişanlanıb.

Məlumata görə, 36 yaşlı sevgilisi Berkşirdəki “Cliveden House” kənd hotelində müğənninin qarşısında diz çöküb. O, ifaçıya üzük təqdim edərək evlilik təklifi edib.

Qeyd olunub ki, R.Makfi Melaninin əmisi oğlunun ən yaxın dostudur.

Xatırladaq ki, müğənni əvvəlki əri Stiven Belafontedən 2018-ci ildə boşanıb. Sonradan onun ailədə məişət zorakılığından əziyyət çəkdiyi məlum olub.

Mənbə: gazeta.ru

Bənzər yazılar

0.44283819198608