Şəhid övladlarının Qobustan Milli Tarix-Bədii Qoruğuna ekskursiyası təşkil edilib

 22-10-2022

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi Vətən müharibəsi şəhidlərinin uşaqlarının Qobustan Milli Tarix-Bədii Qoruğuna ekskursiyasını təşkil edib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 30-a yaxın şəhid övladının iştirak etdiyi ekskursiya zamanı uşaqlar Qobustan qoruğunda mühafizə edilən qədim insan və heyvan təsvirləri, qayaüstü rəsmlərdə əks olunmuş ov, döyüş və rəqs səhnələri ilə tanış olublar. 

Şəhid övladlarına ərazidə fəaliyyət göstərən, 12 ekspozisiya zalından ibarət olan muzey barədə də ətraflı məlumat verilib. 

Ziyarətçilər dünyanın müxtəlif guşələrində olan qayaüstü incəsənət nümunələri, Qobustanın minilliklər ərzində dəyişən təbii mühiti, aparılmış arxeoloji qazıntılar, qədim insanların həyat tərzi və s. haqqında məlumatlandırılıblar. Ekskursiya xoş anlarla yadda qalıb.

Bənzər yazılar

0.5251829624176