Amerikalı aktyor Dueyn Conson “Black Adam” filminin qala gecəsinə qatılıb və özünü Britaniyanın baş naziri postuna təklif edib.
“Yeni baş nazir Consona hazırsınızmı?” – deyə o, zarafatla ətrafdakılıardan soruşub.
Aktyor ilk super qəhrəman rolunu da şərh edib və “Black Adam”ı karyerasının ən vacib filmi adlandırıb. O, bütün əvvəlki işlərinin onu sanki bu layihəyə apardığını izah edib, eyni zamanda müxtəlif irqlərdən olan uşaqların özlərini görəcəyi bir qəhrəmanı oynamaq şərəfinə nail olduğunu vurğulayıb.
Qeyd edək ki, keçən il Conson ABŞ prezidentliyinə namizəd olmaq istəyini açıqlayıb. Amerikalıların 46 faizi aktyoru dəstəkləyib.
Mənbə: lenta.ru