Qatar relsdən çıxdı, 6 vaqon çaya düşdü – VİDEO

 04-04-2022

Qazaxıstanın Şərqi Qazaxıstan vilayətində filizlə yüklənmiş yük qatarının vaqonları relsdən çıxıb.

MillətinSəsi.info “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Dəmiryolları Şirkətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə aprelin 3-də Bakı vaxtı ilə saat 10:04-də Şərqi Qazaxıstan vilayətinin Ust-Kamenoqorsk-Kumistau dəmir yolu hissəsində baş verib.

Yük qatarının 18 vaqonu relsdən çıxıb.

Hadisə nəticəsində, ölən və yaralanan, sərnişin və yük qatarlarının hərəkətində gecikmə olmayıb.

Şahidlərin sözlərinə görə, 10-dan çox vaqon aşıb, daha 6 vaqon isə İrtış çayına düşüb.

Bənzər yazılar

0.48896408081055