Məşhur alman rəssam Gerhard Rixterin 1966-cı ildə çəkdiyi “192 Rəng” əsəri hərracda 20,4 milyon dollara (34,6 milyon manat) satılıb.
Bu barədə “Sothebys” hərrac evinin saytında məlumat verilib.
Bildirilir ki, “192 rəng” Rixterin ilk mücərrəd əsəridir.
O da vurğulanır ki, bu rəsm onun Köln Katedralindəki məşhur vitrajının əsasını təşkil edib.
Mənbə: Bild