ABŞ-da göldə peyda olan “kabus gəmi” səlahiyyətliləri QORXUDUB 

 13-10-2022

Kaliforniyada quraqlıq dayazlaşan gölün dibindən məmurlar tərəfindən “Kabus gəmi” adını alan və II Dünya müharibəsi dövründən qalan qayığı ortaya çıxarıb. Suyun səviyyəsinin tarixi artefaktı tamamilə üzə çıxaracaq dərəcədə aşağı düşməsi ekoloqları və səlahiyyətliləri qorxudub.

İlkin araşdırmalardan məlum olub ki, bu, müharibə dövründə qoşunların sahilə daşınmasında istifadə edilən “Higgins” qayığıdır. Ancaq onun Avropadan Kaliforniyanın ən böyük su anbarına necə düşdüyü və on illiklər boyu orada qalması sirr olaraq qalır.

Ekspertlərin sözlərinə görə, qayıq 1943-cü ildə Siciliyanın (İtaliya) işğalı zamanı general Corc Pattonun qərargahı kimi istifadə edilən “USS Monrovia” aviadaşıyıcısına təyin edilib. Həmin vaxt Eyzenhauerin də bu gəmidə olduğu vurğulanır. Qeyd edilir ki, “USS Monrovia” Taravanın (Sakit Okeanında yerləşən Kiribati ada dövlətinin paytaxtı) işğalı zamanı istifadə edilib. Müharibə dövründə yeddi döyüş ulduzu qazanan aviadaşıyıcı 1969-cu ildə metalloma satılıb.

Ancaq bu məlumatlar “Higginsin”in Avropadakı döyüşlərdən sonra Kaliforniyanın Şasta gölünün dibinə necə getməsini izah etmir.

Səlahiyyətlilərin sözlərinə görə, “kabus gəmi” Nebraska ştatındakı muzeyə daşınacaq. Burada mütəxəssislər tarixi artefaktı qorumaq və bərpa etmək üçün çalışacaqlar.

Mənbə: Gazeta.ru

Bənzər yazılar

0.2480640411377