“Neftçi”nin yaponiyalı sabiq futbolçusu Keysuke Honda əməliyyat olunub.
36 yaşlı yarımmüdafiəçi bu barədə öz “Twitter”ində paylaşım edib.
“Tezliklə qayıdacağam. Mümkün qədər uzun müddət oynamaq istəyirəm”, - Keysuke Honda yazıb.
Xatırladaq ki, Keysuke Honda 2020-2021 mövsümündə “Neftçi” ilə Azərbaycan Premyer Liqasının qalibi olub. Keysuke Honda son olaraq Litvanın “Suduva” klubunda çıxış edib. O, həmçinin Kamboca millisinin baş meneceridir.
I had a knee surgery but I will be back soon ⚽️ I want to play as long as possible ???? pic.twitter.com/DQD5gEu6ef
— Keisuke Honda (@kskgroup2017) October 12, 2022