“Olimpiakos”un futbolçuları Bakıya YOLA DÜŞÜBLƏR

 12-10-2022

Yunanıstanın “Olimpiakos” klubunun futbolçuları “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu üçün Bakıya yola düşüblər.

Bu barədə Pirey təmsilçisinin “Twitter” hesabında paylaşım edilib.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

 

Bənzər yazılar

0.21096110343933