Conni Depp son görünüşü ilə pərəstişkarlarını MƏYUS EDİB - FOTO/VİDEO

 11-10-2022

Amerikalı aktyor Conni Depp yeni stili ilə pərəstişkarlarını məyus edib. Belə ki, o, obrazına fərqlilik verən bığ və saqqalını təraş edib.  

“Karib dənizinin quldurları”nın ulduzu bu obrazda Nyu-Yorkdakı “Capital Theater”də konsertindən əvvəl görünüb.

Ancaq çiyinlərinə qədər açıq saçlarla və təmiz təraş edilmiş üzü ilə ictimaiyyət qarşısına çıxan Deppin yeni imici pərəstişkarları tərəfindən xoş qarşılanmayıb.

“Lənət olsun, mən həmişə Deppin qocalığında nə qədər karizmalı olacağını təsəvvür edirdim. Təəssüf ki, o, Mikki Rurk kimi ola bilər!”, “O, əzgin görünür”, “Onu belə görmək kədərlidir”, “Qoca Conni, dəqiq sən təraş etməməli idin”, - deyə sosial şəbəkə istifadəçiləri bildiriblər.

Xatırladaq ki, sentyabr ayında da stilini kəskin dəyişmişdi: Saçlarını qırxdıran Hollivud ulduzu bunu etiraz aksiyası kimi həyata keçirmişdi.

 

Mənbə: Lenta.ru

Bənzər yazılar

0.27037310600281