Tar Azərbaycan xalqının ən mükəmməl və möhtəşəm səslənən, mizrabla çalınan alətlərindəndir.
Bu cəhətlər onun hissələrinin tut, qoz və armud ağaclarından hazırlanmasından, gövdəsinin açıq tərəfinə malın ürək pərdəsinin çəkilməsindən, müxtəlif qalınlıqda və tərkibdə olan simlərinin sayından, onların bağlanma qaydasından və köklənmə müxtəlifliyindən yaranıb.
Zöhrab Mürsəlov ürək pərdəsindən əsrarəngiz səsə malik olan tarlar hazırlayır.
PhotoStock.az-ın Zöhrab Mürsəlovun emalatxanasında hazırladığı fotoreportajı təqdim edirik:
Daha çox foto burada: Photostock.az