Lənkəranda avtomobil 200 metrdən AŞIB: Ata və oğul AĞIR XƏSARƏT ALIB

 09-10-2022

Lənkəranın Osaküçə kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı ata və oğlu xəsarət alıblar.

“Report”un məlumatına görə, 1969-cu il təvəllüdlü, Lənkəran rayonu, Günəhir kənd sakini Malik Qubad oğlu Əliyevin idarə etdiyi “Niva” markalı avtomobil idarəetmədən çıxaraq 200 metr hündürlükdən dərəyə aşıb.

Nəticədə sürücü və oğlu 1996-cı il təvəllüdlü Ehtiram Malik oğlu Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sakinlərin köməyi ilə xilas edilən yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Qeyd edək ki, xəsarət alan ata və oğulun hər ikisi kənd məktəbinin müəllimləridir.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.14149188995361