Cəlilabadda 20 gün əvvəl avtomobili aşıraraq qəzaya düşən yeniyetmə xəstəxanada ölüb.
“Report”un məlumatına görə, sentyabrın 17-də rayonun Sərhədabad kəndində 2006-cı il təvəllüdlü Amin Sərhədov “Lada Priora” markalı minik avtomobilini aşırıb.
Ağır xəsarət alan yeniyetmə Bakıdakı xəstəxanalardan birinə aparılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.