Sabirabad rayon sakini intihar edib.
Lent.az-ın məlumatına görə, rayonun Ulacalı kənd sakini, 39 yaşlı Sadıqov Samir Musarza oğlu özünü yaşadığı evin həyətindəki tövlədə asıb.
İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.