Bakıda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Nizami rayonunda “Xalqlar Dostluğu” metro stansiyasının yaxınlığında qeydə alınıb. Burada 19 yaşlı Səmədov Şəhriyar Şahin oğlu yaşadığı evdə özünü asıb.
Onun özünü hansı səbəbdən öldürdüyü hələlik bilinmir.
Bundan başqa, Nizami rayonu Qara Qarayev prospektində kirayə yaşadığı mənzildə özünü asan şəxs 2019-cü ildə 684,8 balla universitetə qəbul olubmuş. Bu barədə sosial şəbəkədə qeyd edilib.
Məlumata görə, İqtisad Universitetinin (UNEC) 3-cü kurs tələbəsi olan Şəhriyar həm də prezident təqaüdçüsü olub.
Faktla bağlı araşdırma aparılır.