Gənclər və İdman Nazirliyin tanıdığı və statusunu dayandırdığı idman qurumları - SİYAHI

 01-04-2022

Məlum olduğu kimi, Azərbaycanda Gənclər və İdman Nazirliyinin Kollegiyası bir sıra mühüm qərarlar verib.

Ayda minimum bir dəfə iclas keçirən Kollegiya fevralın 25-də dörd federasiyanın akkreditasiyadan keçdiyini, üçünün federasiya statuslarının ləğv olunduğunu açıqlayıb. Martın 30-da isə altı federasiyanın akkreditasiyaları təsdiqlənib, 14-nün statusu ləğv olunub.

Lakin dünən nazirliyin saytında çıxan xəbərdən məlum olur ki, kollegiya qərarı ilə bu günədək statusu təsdiqlənmiş federasiyaların sayı 10 yox, 17-dir. Araşdırmamıza görə, Gimnastika Federasiyası, AFFA, Cüdo Federasiyası, Güləş Federasiyası, Badminton Federasiyası, Voleybol Federasiyası və Qılıncoynatma Federasiyasının akkreditasiyaları təsdiqlənsə də, onlar barədə xüsusi qərar çıxarılmağa ehtiyac duyulmayıb.

Federasiya statusları təsdiq olunmuş idman qurumları

1. Gimnastika Federasiyası

2. AFFA

3. Cüdo Federasiyası

4. Güləş Federasiyası

5. Badminton Federasiyası

6. Voleybol Federasiyası

7. Qılıncoynatma Federasiyası

8. Şahmat Federasiyası

9. Atıcılıq Federasiyası

10. Stolüstü Tennis Federasiyası

11. Triatlon Federasiyası

12. Üzgüçülük Federasiyası

13. Velosiped İdmanı Federasiyası

14. Atçılıq Federasiyası

15. Həndbol Federasiyası

16. Boks Federasiyası

17. Kanoe və Avarçəkmə Federasiyası

Nazirliyin saytının məlumatına görə, ümumilikdə, 19 federasiyanın isə statusu ləğv edilib və ya dayandırılıb. Lakin elan edilən qərarlara əsasən, siyahıda 17 federasiyanın adına rast gəlmək olur. Bəs statusu ləğv edilən və ya dayandırılan iki federasiya hansıdır? Nazirliyin mətbuat katibi Qabil Mehdiyevin Oxu.Az-a açıqlamasına görə, bunlar yanvarın 31-də adını Dağ Xizəyi Federasiyasına dəyişən iki qış idman növləri federasiyasıdır. Onların birləşməsi nəticəsində belə bir federasiya yeni adla fəaliyyətə başlayıb.  

Federasiya statusları ləğv olunmuş və ya dayandırılmış idman qurumları

1. Peyntbol Federasiyası

2. Otüstü Hokkey Federasiyası

3. Turan-Do Federasiyası

4. WKC növləri üzrə Karate Federasiyası

5. Şito-Ryu Karate-Do Federasiyası

6. Coriyo Kunq-Fu Federasiyası

7. Döyüş Federasiyaları Assosiasiyası

8. Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası

9. Skayranninq Federasiyası

10. Boulinq İdman Federasiyası

11. Əməyi və Vətəni Müdafiəyə Hazıram Kompleksi və Çoxnövçülüyü üzrə Federasiyası

12. Aykido Federasiyası

13. Dama Federasiyası

14. Alpinizm Federasiyası

15. Hava və Ekstremal İdman Növləri Federasiyası

16. Səmti Müəyyənetmə İdman Federasiyası

17. Budo Döyüş Növləri Federasiyası

18. Qış İdman Növləri Federasiyası

19. Fiqurlu Konkisürmə Federasiyası

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin Kollegiya sədri nazir Fərid Qayıbovdur. Onun üç müavini – İndira Hacıyeva, Mariana Vasileva, Fərhad Hacıyev, eləcə də onun Naxçıvan Muxtar Respublikasındakı həmkarı Ramil Hacı, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, nazirliyin Aparat rəhbəri Rüfət Həsənov, nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının prezidenti Nadir Əliyev və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov Kollegiyanın üzvləridir.

Onu da bildirək ki, qarşıdakı günlərdə digər federasiyalar barədə də oxşar qərarlar çıxarılacaq.

Mənbə oxu.az

Bənzər yazılar

0.20428895950317