Kürdəmir sakini arvadına 20 bıçaq zərbəsi vurub.
“Report” xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, kənd sakini, 23 yaşlı Dürbəst Nuralı qızı Bəkirova ilə əri, 33 yaşlı Rəcəb Qurban oğlu Bəkirov arasında ailə münaqişəsi zəminində mübahisə yaranıb. Mübahisə zamanı R.Bəkirov arvadına D.Bəkirovaya 20 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb.
Yaralı qadın ətrafdakıların köməkliyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlər üzərində cərrahiyyə əməliyyatı aparılan yaralı qadının vəziyyətini ağır olduğunu bildiriblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. D.Bəkirovanı bıçaqlamaqda şübhəli bilinən R.Bəkirovun tutularaq istintaqa cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri başlanılıb.
Kürdəmirdə kişinin arvadına 20-dən çox bıçaq zərbəsi vurması hadisəsi ilə bağlı yeni məlumatlar üzə çıxıb.
“Kriminalqafqaz” xəbər verir ki, hadisə bu gün səhər saatlarında Rəcəb Bəkirovun həyat yoldaşı Dürbəst Bəkirova ilə birgə sahədə nar toplayarkən baş verib.
Qeyd edilib ki, hadisəni törədən R.Bəkirov kənd məktəbində müəllim işləyir.
Faktla bağlı araşdırma aparılır.