Türk Dövlətləri Təşkilatı (TDT) “Twiter” hesabında 3 oktyabr – Naxçıvan müqaviləsinin ildönümü, Türkdilli Ölkələrin Əməkdaşlıq Günü ilə bağlı paylaşım edib.
“3 oktyabr Türkdilli Ölkələrin Əməkdaşlıq Gününüz mübarək!
Bu gün Türk Dövlətləri Təşkilatını yaradan, türk dünyasının birliyinə və həmrəyliyinə həsr olunan Naxçıvan müqaviləsinin imzalanmasının 13-cü ildönümüdür!
Sizi ən xoş arzularımızla təbrik edirik!”, - paylaşımda deyilir.
Qeyd edək ki, 3 oktyabr 2009-cu ildə türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə iştirakçı dövlətlər - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan və Türk Şurasının yaranmasına gətirib çıxaran Naxçıvan müqaviləsi imzalanıb.
Müqavilənin imzalanma tarixi olan 3 oktyabr Türkdilli Ölkələrin Əməkdaşlıq Günü elan edilib və hər il qeyd olunmaqdadır.
#3Ekim #TürkİşbirliğiGünü kutlu olsun!#TürkDevletleriTeşkilatı'nı kuran #Nahçıvan Anlaşması'nın imzalanmasının 13. yıl dönümü olan bugün Türk Dünyasının birlik ve beraberliğine adanmıştır!
— Organization of Turkic States (@Turkic_States) October 2, 2022
En içten dileklerimizle kutlarız!#BizBirlikteDahaGüçlüyüz!#3EkimTürkİşbirliğiGünü pic.twitter.com/cqRmN9uggz