Neft Fondu “Microsoft” və “Amazon”dakı payını artırıb, “Meta”ya yatırım edib

 29-04-2024

Məlum olduğu kimi Dövlət Neft Fondu 2023-cü ilin yekununa görə ən çox 5 şirkətin səhmlərini almışdı: “Apple” - 496 milyon ABŞ dolları, “Microsoft” - 438 milyon ABŞ dolları, “Alfabet” “Google” - 258 milyon ABŞ dolları, “Amazon” - 233 milyon ABŞ dolları, “NVIDIA” - 202 milyon ABŞ dolları.

“Ölkə.Az” xəbər verir ki, İKT sahəsi üzrə ekspert Osman Gündüzün sözlərinə görə, cari ildə Fond aldığı səhmlərdə ciddi dəyişikliklər edib. 

"Yəni cari ilin birinci rübündə Fondun texnoloji səhmlər paketində tendensiya belə olub:

-  “Microsoft”un səhm portfeli 12,8% artaraq 494 mln. dollara çatıb
- “Apple” üzrə səhm portfeli 15,5% azalaraq 419 mln. dollara enib.
- “NVIDIA”nın səhm portfeli 169 mln. dollar artıb və 371 mln. dollara yüksəlib.
- “Amazon”un səhm portfeli 233 mln. dollardan 279 milyon dollara çatıb.

Bu il ilk dəfə olaraq “Meta” platformasının səhmləri alınıb və Fond bu səhmlərə 179 milyon sərmayə qoyub.

Beləliklə, 2024-cü il üçün qlobal texnoloji şirkətlərin Dövlət Fondunun kotirovka olunan səhm portfelindəki payları aşağıdakı  qaydada olub:

- “Microsoft” 494 milyon ABŞ dolları, 
- “Apple” 419 milyon ABŞ dolları, 
- “NVIDIA” 371 milyon ABŞ dolları,
- “Amazon” 279 milyon ABŞ dolları, 
- “Alfabet” (“Google”) 258 milyon ABŞ dolları, 
- “Meta” 179 milyon ABŞ dolları.

Dövlət Neft Fondunun bu cür qlobal texnoloji şirkətlərə investisiya yatırması doğru və məntiqli bir addımdır. Süni intellekt bazarının genişlənməsi ilə trilyonluq şirkətlər siyahısına daxil olan “NVİDİA“ya investisiyanın artırılması da məntiqlidir".

"Lakin dəfələrlə bu mövzuda təkliflərimiz olub ki, bu şirkətlərin Azərbaycana dəvət edilməsi, nümayəndəliklərinin açılması və ciddi  iş birliklərinin də qurulması çox vacib və faydalı olardı. 
Bunun üçün də onlara münbit şərait yaratmaq lazımdır", - deyə ekspert əlavə edib.

Könül
Ölkə.Az

Bənzər yazılar

0.16415500640869