"Fransa Azərbaycana qarşı aqressiyasını gizlədə bilmir"

 30-12-2023

Bu gün Emmanuel Makronun timsalında Fransanın aqressivliyini açıq görürük.

Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Eltibar Əliyev deyib.

O bildirib ki, Fransa Azərbaycana qarşı aqressiyasını gizlədə bilmir: “Fransa Ermənistana nə qədər silah versə də, Azərbaycana heç nə edə bilməyəcək. Rəsmi Paris bizim sabitliyimizi poza bilməyəcək".

Deputat Elman Nəsirov isə  bildirib ki, sərhədlərin dəqiqləşməsi ilə bağlı prosesin uzun olduğunu əsas götürüb sülh müqaviləsini imzalamamaq olmaz.

O bildirib ki, bu il Azərbaycan üçün olduqca uğurlu bir il oldu: "Sülhlə bağlı məsələnin həlli daha böyük perspektivlər aça bilər. Sülh müqaviləsi imzalandıqdan sonra da sərhədlərin delimitasiyası və demarkasiya məsələsini həll etmək olar”

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.21336078643799