“Olimpiakos” “Qarabağ”la oyundan öncə YENİ QAPIÇI TRANSFER EDİB

 29-09-2022

Yunanıstan “Olimpiakos”u “Qarabağ”la UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan öncə yeni qapıçı transfer edib.

Klubun rəsmi saytından verilən məlumata görə, Pirey təmsilçisi PAOK-un keçmiş qolkiperi Aleksandros Pasxalakisi heyətinə qatıb.

33 yaşlı oyunçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb. Təcrübəli qapıçı Çexiya millisindən zədəli qayıdan Tomaş Vatslikin yerinə alınıb.

Qeyd edək ki, oktyabrın 6-da “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bənzər yazılar

0.47625398635864