Bakı şəhərində küçədə kimsəsiz vəziyyətdə qalan 2 uşağın görüntüləri yayılıb.
Bu barədə müğənni Elmira Ələkbərzadə sosial şəbəkə hesabında paylaşım edib: “Şəhərin mərkəzində, Nəsiminin heykəlinin arxasında 2 uşaq yerdə uzanıb, yatıb”, - paylaşımda bildirilib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi açıqlama yayıb: “Saxlanılan azyaşlılarla bağlı müvafiq tədbirlər görülür. Hər iki uşağın ailəsi dilənçilik və tüfeyli həyat tərzi sürür. Yevlax rayonunda qeydiyyatda olan ailələr məşğulluq və sosial yardım proqramlarından imtina ediblər. Hazırda həmin uşaqların valideynləri müəyyən olunub. Onlarla bağlı dəfələrlə müvafiq tədbirlərin həyata keçirilməsinə baxmayaraq həmin valideynlər bundan nəticə çıxarmayıblar”, - açıqlamada bildirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə bildirilib ki, hər iki uşağın vəziyyəti nəzarətə götürülüb. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.