Daha bir rayonda çaqqallar kənd sakinlərinə hücum edib: Yaralananlar var

 10-08-2025

Xaçmazda bir neçə çaqqal kənd sakinlərinə hücum edib.

MillətinSəsi.İnfo "Report"a istinadən xəbər verir ki, hadisə Xaçmaz rayonunun Əhmədoba kəndində baş verib.

Çaqqallar həyətyanı sahəyə girərək, bağda fındıq yığan 3 nəfərə hücum edib, onları dişləyib.

Belə ki, xəsarət alan kənd sakinləri - 1956-cı il təvəllüdlü V.Məmmədəliyeva, 1971-ci il təvəllüdlü İ.Hacıyev və 1971-ci il təvəllüdlü X.Quliyeva Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Yaralılara ilkin tibbi yardım göstərilib, onlara quduzluq əleyhinə vaksin vurulub.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.064821004867554