Cəlilabadda çaqqal sakinlərə HÜCUM ETDİ – Yaralananlar var

 09-08-2025

Cəlilabad rayonunda vəhşi heyvan kənd sakinlərinə hücum edib.

MillətinSəsi.info-nun yerli bürosu xəbər verir ki, hadisə rayonun Şatırlı kəndində qeydə alınıb.

Belə ki, çaqqal qəfil bir neçə kənd sakininə hücum edib. Hadisə nəticəsində üç nəfər kənd sakini yaralanıb.

Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hər üç şəxsə zəruri tibbi yardım göstərilib və vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün onlar evə buraxılıb.

Bənzər yazılar

0.066119909286499