ABŞ senatoru Stiv Deyns: "Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ABŞ-ın milli təhlükəsizliyi üçün açardır"

 07-08-2025

Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh müqaviləsi Mərkəzi Asiyadan neft, qaz və nadir torpaq metalları tədarükünü təmin edəcək. Bu tədarüklər “Tramp marşrutu” adlanan dəhliz vasitəsilə həyata keçiriləcək. Həmin marşrut Avropaya resurs tədarükünü genişləndirməyə, bununla da onun Rusiya və Çindən asılılığını azaltmağa imkan verəcək.

MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə ABŞ senatoru Stiv Deyns (Steve Daines) Amerika radiosuna müsahibəsində bildirib.

Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında sülh sazişi ABŞ-ın milli təhlükəsizliyi baxımından həlledici əhəmiyyət daşıyır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da ABŞ-a səfərə gedib. Səfər Birləşmiş Ştatların Prezidenti Donald Trampın rəsmi dəvəti ilə gerçəkləşib və bu baxımdan tarixi xarakter daşıyır.

Prezidentlər arasında yüksəksəviyyəli danışıqlarda siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat layihələri üzrə strateji tərəfdaşlığın möhkəmləndirilməsi kimi məsələlərin müzakirə olunacağı gözlənilir.

Səfər çərçivəsində Azərbaycanla Ermənistan arasında davam edən sülh gündəliyinin müzakirəsi də diqqət mərkəzindədir.

 

Bənzər yazılar

0.069334983825684