İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə “Bizim Market”də satılan, “Bakery” MMC-nin istehsalı olan çörəyin faktiki çəkisinin etiketdə göstərilən çəkidən az olması barədə daxil olmuş vətəndaş müraciəti araşdırılıb.
Dövlət Xidmətindən verilən məlumata görə, araşdırma nəticəsində istehlakçının çəkidə aldadıldığı müəyyən edilib.
Çörəyin satışını həyata keçirən “Bizim Market” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Protokol və iş üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.