Barəsində aliment qərarı çıxarılanların sayı azalıb – STATİSTİKA

 19-07-2025

2025-ci ilin yanvar-iyun aylarında 11 296 nəfər barəsində aliment ödənilməsinə dair qərar çıxarılıb.

MillətinSəsi.İnfo xəbər evrir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2024-cü ilin eyni dövründə isə 11 324 nəfər barəsində sözügedən qərar tərtib edilib.

Ümumilikdə daxil olan aliment qərarlarının sayı 2020-ci ildə 18 288, 2021-ci ildə 20 619, 2022-ci ildə 17 621, 2023-cü ildə 20 993, 2024-cü ildə isə 23 327 olub.

Həmçinin 2025-ci ilin 6 ayının sonunda Ədliyyə Nazirliyinin yerli icra qurumlarının icraatında olan aliment işlərinin cəmi 124 566 olub.

Bundan əlavə, Bakı şəhəri üzrə ən çox aliment qərarı Xətai rayon icra şöbəsində olmaqla 6 197 icra sənədi təşkil edir.

Respublika üzrə ən çox aliment qərarı isə Gəncə şəhəri üzrə icra idarəsinin icraatında olmaqla 6 398 icra sənədi təşkil edir.

Bənzər yazılar

0.067160844802856