Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil cinayətkar dəstə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən saxlanılıb.
“MillətinSəsi.info” xəbər verir ki, Rusiya vətəndaşları olan şəxslərin qanunsuz əməlləri ilə bağlı polis tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından ibarət iki mütəşəkkil cinayətkar dəstənin üzvləri Səbail Rayon Məhkəməsinə aparılıb.
Bizim.Media xəbər verir ki, hakim Ülviyyə Şükürovanın sədrliyi ilə 8 nəfər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.
Səbail Rayon Məhkəməsində hakimlər Ülviyə Şükürova və Azər Tağıyevin sədrliyi ilə saxlanılan 8 nəfər barəsində də 4 aylıq həbs-qətimkan tədbiri seçilib.