Xırdalan şəhər 7 saylı məktəbində baş verən bıçaqlanmanın TƏFƏRRÜATLARI - VİDEO

 26-09-2022

Azərbaycanda məktəbdə bıçaqlanma olub.

Lent.az xəbər verir ki, bu barədə iddia sosial şəbəkədə yayılıb. Görüntülərdə məktəblinin digər şagird tərəfindən bıçaqlandığı iddia olunur. Hadisə ilə əlaqədar məktəbin həyətinə təcili tibbi yardım briqadası cəlb olunub.

Bundan başqa, məktəbdə baş verən bıçaqlanmanın təfərrüatları məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonu, Xırdalan şəhər 7 saylı məktəbdə qeydə alınıb. Burada şagirdlər arasında mübahisə yaranıb. Mübahisə zamanı həmin məktəbin 10-cu sinif şagirdi olan oğlan digər şagird tərəfindən bıçaq xəsarətləri alıb.

Məlumata əsasən, bıçaq yeniyetmənin qarın nahiyəsinə dəyib.

Görüntüləri təqdim edirik:

Bənzər yazılar

0.52507185935974