Millimiz Qazaxıstanla matçda HESABI AÇIB + VİDEO

 25-09-2022

UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda Azərbaycan millisi Qazaxıstanla qarşılaşır.

Milletinsesi.info xəbər verir ki, qarşılaşmanın 35-ci dəqiqəsində rəqib azlıqda qalıb. 

Qonaqların 3 nömrəli futbolçusu Nuralı Alip Renat Dadaşova qarşı kobudluğa görə ikinci sarı vərəqə və qırmızı vərəqə ilə cəzalandırılıb. 

Matçda ilk hissə başa çatıb. 

İlk yarıda hesab açılmayıb. 35-ci dəqiqədə isə rəqib azlıqda qalıb. 

Qarşılaşmanın 67-ci dəqiqəsində Maroçkin avtoqolla komandasını hesabda geri salıb. 

Qeyd edək ki, UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda üz-üzə gələcək Azərbaycan və Qazaxıstan milli komandaların yığmaları meydana aşağıdakı “11-lik”lərlə çıxıblar:

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 6. Höccət Haqverdi, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 14. Eddi İsrafilov, 15. Bədavi Hüseynov, 19. Filip Ozobiç, 21. Ozan Can Kökcü

Qazaxıstan: 12. İqor Şatski, 3. Nuralı Alip, 5. İslambek Kuat (k), 6. Abılayxan Jumabek, 7. Aslan Darabayev, 10. Elxan Astanov, 13. Baqdat Kairov, 18. Timur Dosmaqambetov, 20. Ramazan Orazov, 21. Marat Bıstrov, 22. Aleksandr Maroçkin

 

Bənzər yazılar

0.19036102294922