İsrail bu gün daha 8 İran hərçisini öldürüb - SEPAH bəyanat yayıb

 16-06-2025

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) azı səkkiz hərbçisi İsrailin İranın mərkəzi əyalətindəki Xomeyn şəhərinə endirdiyi zərbələr nəticəsində həlak olub.

MilletinSesi.info xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı məlumatda deyilir.

"İsrailin hücumları nəticəsində Xomeyni müdafiə edən 6 SEPAH hərbçisi və iki “Bəsic” döyüşçüsü iyunun 16-da səhər saatlarında İslam dininin müdafiəsi və İranın müdafiəsi zamanı şəhid olublar", - SEPAH-ın məlumatında deyilir.

Bəyanatda deyilir ki, İsrailin Xomeynə hücumları "SEPAH-ın qətiyyətli hərəkətləri sayəsində uğurla dəf edilib".

Onu da bildirək ki, İsrailin İranın nüvə obyektlərinə endirdiyi son hücumlar nəticəsində azı 14 nüvə alimi həlak olub. Bu barədə məlumatı “Reuters” agentliyi etibarlı mənbələrə verdiyi xəbərə görə, həlak olan alimlərdən bəziləri minalanmış avtomobilin partlaması nəticəsində həyatını itirib.

Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail tərəfindən başladılan hərbi əməliyyat İranın nüvə proqramına yönəlib. Əməliyyatdan cəmi bir sutka sonra İran cavab tədbirləri görüb. Tərəflər arasında gərginlik sürətlə artıb və iyunun 14-dən 15-nə keçən gecə qarşılıqlı zərbələr bir daha təkrarlanıb.

 

 

Bənzər yazılar

0.071546077728271