Yüksək vəzifəli məmur Bakıda 2 milyonluq obyekt tikdirib-FOTOFAKT

 24-05-2025

Azərbaycanın Çin Xalq Respublikasında ticarət nümayəndəsi Teymur Nadiroğlu Bakı şəhərində inşa etdirdiyi obyektin hazırkı bazar qiyməti 2 milyon manata yaxın qiymətləndirilir.

Bakı şəhəri Nərimanov rayonu Azadlıq prospekti 256 C ünvanında inşa edilən, ümumi sahəsi 545 kvadrat metr olan 3 mərtəbəli obyekt Nadiroğlu Teymur Mahmud oğlunun adına sənədləşdirilib. İnşa edilən obyektin hazırkı bazar qiyməti 2 milyon manata yaxın qiymətləndirilir.

Bildirək ki, Teymur Nadiroğlu 2017-ci ildə Azərbaycanın Çin Xalq Respublikasında ticarət nümayəndəsi təyin edilib.

//Azfakt.com

Bənzər yazılar

0.069530010223389