Bakıda tanınmış aparıcıya HÜCUM edən BƏLLİ OLUB -VİDEO

 23-09-2022

Aparıcı Rəqsanə İmirə hücum olub.

Lent.az xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında paylaşım edib. Aparıcı bildirib ki, Bakıda yaşadığı binanın komendantı avtomobilini saxlamaq üçün ona yer göstərib. Lakin maşını saxlayarakən bir qadın hücum edərək, özünü və ailə üzvlərini təhqir edib. Daha sonra Rəqsanə İmirin avtomobilinə zərbələr vurub.

Aparıcı bununla bağlı polisə müraciət edib. 

Aparıcı Raksana İmir maşınına hücum edən qadın haqqında paylaşımlar edib. 

Lent.az xəbər verir ki, "Instagram" hesabında həmin qadının şairə olduğunu və Azərbaycan Yazıçılar Birliyinin üzvü olduğunu qeyd edib. 

Raksana Fatimə Vəfa adlı bu qadının şəkillərini paylaşaraq "yazıçıların adına ləkə", "bu gün mənə bunu yaşadan "sənət adamı" guya şairədir", "təbiyəsiz, əxlaqsız", "qadınların üz qarası" və s. ifadələrini yazıb. 

Aparıcının şikayətinə polisdən hələlik cavab gəlməyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, məsələ ilə bağlı araşdırmalara başlanılıb. Onun sözlərinə görə, araşdırmadan sonra ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Rəqsanə İmir "Atv" kanalında aparıcılıq edir. O, həmçinin kanalda hava proqnozlarını təqdim edir.

Aparıcının müraciəti və hadisə anına aşağıdakı videodan baxa bllərsiniz:

Aparıcıya və onun maşınına hücum olundu

Bənzər yazılar

0.4800660610199