İspaniya millisində 15 futbolçu yığmadan İMTİNA EDİR

 23-09-2022

Federasiyanın baş məşqçinin dəyişdirilməsi tələbini rədd etməsindən sonra 15 futbolçu İspaniyanın qadınlardan ibarət milli komandasını tərk edəcək.

Bu barədə İspaniya Futbol Federasiyanın açıqlamasında bildirilir.

Qeyd olunur ki, baş məşqçi Xorxe Vildanın istefaya göndərilmədiyi halda komandadakı yerlərini tərk edəcəkləri barədə 15 futbolçudan məktublar alıblar. Federasiyadan bildirilib ki, futbolçuların sözlərinə görə, vəziyyət onların “emosional vəziyyətinə” və səhhətinə “əhəmiyyətli dərəcədə” təsir edib.

Federasiya tələbi irəli sürən futbolçuların adını açıqlamayıb. İspaniya mətbuatının yazdığına görə, “Qızıl top”un sahibi Aleksia Putelyas onların arasında olmayıb.

“Federasiya oyunçuların milli məşqçinin və onun məşqçilər korpusunun işini şübhə altına almasına icazə verməyəcək, çünki bu, onların məsuliyyətində deyil.

Bu cür manevrlər zərərlidir və futbol və idman dəyərlərinə uyğun gəlmir. Bu, idman məsələsindən daha çox, ləyaqət məsələsidir. Bu, İspaniyada və bütün dünyada həm kişi, həm də qadın futbol tarixində görünməmiş bir vəziyyətdir”, - deyə federasiyadan bildirilib.

Mənbə: Championat

Bənzər yazılar

0.52268719673157