90 yaşlı qadına oğlu və gəlini tərəfindən İŞGƏNCƏ VERİLİB + VİDEO

 23-09-2022

90 yaşlı qadın oğlu və gəlini tərəfindən işgəncələrə məruz qalır.

Bu barədə sosial şəbəkələrdə video yayılıb. 

Yaşlı qadının Buzovna qəsəbəsində qaldığı iddia olunur. Adının Şərabanu, oğlunun adının isə Əkrəm olduğu deyilir. 

Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib ki, Bakıda 90 yaşlı qadına oğlu və gəlini tərəfindən işgəncə verilməsi məsələsi ilə bağlı araşdırma başladılıb. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi oğlu və gəlinin işgəncə verdiyi 90 yaşlı qadınla bağlı hərəkətə keçib.

Nazirliyin  İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov isə bildirib ki, aidiyyəti üzrə əməkdaşların yönləndirildiyini və araşdırmanın başladıldığını bildirib.

 
Mənbə oxu.az

Bənzər yazılar

0.2772490978241