Bakı və Gəncədə bəzi əraziləri su basıb – Video

 06-05-2025
Gecə saatlarından başlayaraq müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar bəzi ərazilərin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.
 
MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə qurumun Mətbuat xidməti məlumat yayıb.
 
Bildirilib ki, daxil olmuş məlumatlar əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ərazilərə cəlb olunub:
 
“Nazirliyin qüvvələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər sayəsində Bakı və Gəncə şəhərləri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib”.
 
 

Bənzər yazılar

0.064099073410034