Çində rüşvət alan nazir EDAMA MƏHKUM EDİLİB

 22-09-2022

Çinin keçmiş ədliyyə naziri Fu Cinqhua edam cəzasına məhkum edilib.

"The Guardian"nın verdiyi xəbərə görə, o "rüşvətxorluq" və "vəzifə səlahiyyətlərindən sui-istifadə" ittihamları ilə mühakimə olunurdu.

Belə ki, o, Fu ədliyyə naziri, Pekin İctimai Təhlükəsizlik Bürosunun direktoru və ictimai təhlükəsizlik nazirinin müavini vəzifələrində çalışarkən özü və qohumları vasitəsilə 117 milyon yuan (təxminən 14,9 milyon dollar) rüşvət almaqda ittiham olunurdu. "Rüşvətxorluq" və "vəzifə səlahiyyətlərindən sui-istifadə"də təqsirli bilinən sabiq nazir və polis rəisi iki il müddətinə azadlıqdan məhrum edilməklə edam cəzasına məhkum edilib.

2020-ci ilin mayında Çin Xalq Siyasi Məşvərət Konfransının üzvü təyin olunana qədər ədliyyə naziri və Kommunist Partiyasının Mərkəzi Siyasi və Hüquqi Məsələlər Komitəsinin üzvü vəzifələrində çalışmış 67 yaşlı Fu, ötən il polis və ədliyyə orqanlarının yüksək vəzifəli şəxsləri ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.

Bənzər yazılar

0.56346797943115